+994 XX XX XX XX info@biogen.az

Darstin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DARSTİN      10 mq/q yerli istifadə üçün gel
DARSTIN

Beynəlxalq patentləşdirilməmiş adı: Progesterone 

Tərkibi
Təsiredici maddə:   1 q gelin tərkibində 10 mq progesteron vardır.
Köməkçi maddələr: karbomer, trolamin, 96% etanol, təmizlənmiş su.

Təsviri
Şəffaf gel.

Farmakoterapevtik qrupu
4-pregnenin progestagen törəmələri

ATC kodu: G03DA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Təsir mexanizmi

Darstin, dəri vasitəsi ilə istifadə üçün uyğun bir köməkçi maddədə paylanmış təmiz progesterondur. Onun antiestrogen təsiri estrogenlər və progesteron arasındakı yerli disbalansı tənzimləyir.
Hormonun topladığı süd vəzisinə birbaşa təsir göstərir. Darstin ümumiyyətlə əlavə təsirlər törətmədiyinə görə yaxşı qəbul olunur.
Darstin süd vəzilərində yerli progesteron çatışmazlığının damar və hüceyrə effektlərinin qarşısını alır. Bu mənada progesteron:

  • Estrogenlərin yaratdığı kapillyar keçiriciliyin artmasının qarşısını alır.
  • Qalaktoforların və asinilərin böyüməsinə və differensiasiyasına qarşı təsir göstərir.
  • Estrogenlər səbəb olan epitelial mitoz siklini qarşısını alır.

Farmakokinetikası

Absorbsiya
Absorbsiya əmsalı qəbul edilən dozanın təxminən 10%-ni təşkil edir.

Biotransformasiya
Qəbul edilmiş preparatın təxminən 80%-i süd vəzisində metabolizmə uğrayır, yalnız 20%-i sistem dövriyyəyə çatır.

Xaric olunması
Metabolitlərin pik klirensi 48 saatdan sonra baş verir.

İstifadəsinə göstərişlər
Süd vəzilərin xoşxassəli xəstəliklərinin spesifik müalicəsi.

Mastodiniya:

  • izolyasiya olunmuş formada;
  • Kontraseptivlərin müalicəsindən sonra;
  • Predmenstrual sindrom zamanı;
  • Hamiləliyin erkən dövrlərində;
  • Xoşxassəli mastopatiya zamanı.

Əks göstərişlər
Təsiredici maddəyə və ya sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Su/spirt məhlulu olduğuna görə birbaşa selikli qişaya istifadə edilməməlidir.
Tez-tez istifadəsi dərinin qıcıqlanmasına və qurumasına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aparılan tədqiqatlarda klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsir müşahidə edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Mövcud məlumatlar göstərir ki, Darstinin hamiləliyə heç bir təsiri yoxdur.
Darstin sistemli təsir göstərmədiyindən, ana südü verilən zaman istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Darstin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə heç bir təsir göstərmir və ya əhəmiyyətsizdir.

İstifadə qaydası və dozası
Menstruasiya zamanı da daxil olmaqla hər gün süd vəzilərinə 5 q gel tətbiq edin (hər süd vəzisinə bir dozalanma şpatel ilə).
Müalicə müddəti göstərişdən asılıdır və həkim tərəfindən fərdi olaraq təyin olunur.

Dəri vasitəsi ilə istifadəsi
Bir əlinizlə şpateli, digər əlinizlə tubu tutun və geli şpatelin uzunluğu boyunca yayın. Bu miqdar bir süd vəzisi üçün uyğun dozadır (2,5 q).
Bu proseduru digər süd vəzisi üçün təkrarlayın.

Əlavə təsirləri
Darstinin ümumiyyətlə yan təsirləri müşahidə olunmur. Bununla belə, aşağıda sadalananlar baş verə bilər:

  • Dərinin və dərialtı toxumaların pozuntuları.
  • Dərinin qıcıqlanması və quruluğunun özünü büruzə vermə tezliyi məlum deyil. 

Doza həddinin aşılması
Bu məhsulun xüsusi farmakokinetikasına görə, həddindən artıq dozanın riski yoxdur.

 Buraxılış forması
80 q gel alüminium tubda, içərisi qızılı rəngli, bir ucu möhürlənmiş, dozalanma şpateli və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın.
Hər tətbiqdən sonra qabı möhkəm bağlayın.

Yararlılıq  müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
SEID, S.A., Spain.
Ctra. Sabadell-Granollers, Km 15.08185, Lliça de Vall (Barselona),  Spain.

Qeydiyyat vəsiqəsinin sahibi
LN COMPANY LLC, Republic of Azerbaijan.
Khirdalan city, Baku-Guba highway, 12th km, building 2, No. 3, Republic of Azerbaijan.

← Məhsullara qayıt