Dərman vasitəsi deyil
Bioloji fəallığa malik qida əlavəsi.
Tərkibi: Laktuloza-30 %
Köməkci maddələr:Sorbitol-70%
Laktuloza- Disaxariddir(Qalaktoza və Fruktoza). Laksativ və prebiotik təsir göstərir. Qanda ammonyak konsentrasiyasını azaldır. Bu da öz növbəsində MSS-i neyrotoksinlərin təsirindən qoruyur. Laktuloza peroral istifadədə mədə-bağırsaq sistemindən sorulmur. Orqanizmdə müvafiq fermentlər olmadığı üçün laktuloza parçalanmadan yoğun bağırsağa dəyişilməmiş şəkildə çatır. Lakto və bifidobakteriyaların miqdarını artırır Bu bakteriyalar laktulozanı müxtəlif orqanik turşulara (süd turşusu, sirkə turşusu, qarışqa turşusu) çevirir. Bu da öz növbəsində yoğun bağırsaqda suyu saxlayır, nəticədə bağırsaqların hərəkətliliyi artır və işlədici effekt verir.
Göstərişlər:
- Bağırsaq peristaltikasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ;
İstifadə qaydası:
7-12 yaş 1 yemək qaşığı gündə 1 dəfə, 12 yaşdan yuxarı uşaqlar və böyüklər 2 yemək qaşığı gündə 1-2 dəfə.
Əks göstərişlər:
7 yaşa qədər olan uşaqlar, hər hansı bir komponentə qarşı həssaslıq.
Saxlanma qaydası və istifadə tarixi:
İstehsal tarixi qutunun üzərində göstərilib, 25˚C-dən yuxarı olmayan quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalı. İstifadə müddəti 36 aydır.
Buraxılış forması:
Relactoz 200 ml sirop, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Xüsusi göstəriş və xəbərdarlıq:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Uşaqların əli çatmayan yerdə saxlayın.Hamiləlik və laktasiya dövründə xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məhsləhətləşin.Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
BFMQƏ normal qidalanmanı əvəz etmir.
İstehsalçı:
“Fitoprodukt”MMC
Ukrayna,61124,ş.Xarkov, küç. Vişnyoviy, ev 3.