CALL US
+994 55 723 05 04
E-MAIL
info@biogen.az
LOCATION
Bakı. Azadlıq pr. 88

KALICIT

KALİSİT fışıldayan  tabletlər
KALICIT

Beynəlxalq patentləşdirilməmiş adı: Kalicit

Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 2,17 q kalium sitrat, 2,0 q kalium hidrokarbonat, 2,057 q susuz limon turşusu vardır.
Köməkçi maddələr:  sukroza və qlükoza şərbəti, makroqol 6000, saxarin, limon aromatizatoru D-Sorbitol.

Təsviri
Ağ rəngli, dairəvi formalı, nahamar səthi və hər iki tərəfdən iti kənarları olan fışıldayan tabletlərdir.

Farmakoterapevtik qrupu
Kalium balansını normallaşdırmaq üçün və böyrək daşlarının yaranmasının qarşısını almaq üçün dərman vasitəsi.

ATC kodu: A12BA30.

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Kalisit kalium duzlarının konsentrasiyasını azaldır və sidikdə kristallaşmanın qarşısını alır. Sidiyin pH-ını yüksəldərək qələviləşdirir. Bu qələviləşdirici effektə görə sidik turşusunun dissosiasiyasını da artırır və urat duzlarının əmələ gəlməsini azaldır.

Urolitiazın qarşısının alınmasında kalium-sitrat natrium sitratdan üstündür. Sitrat sidiyin fiziki-kimyəvi tərkibinə təsir göstərir: uratların həll olunma qabiliyyətini artırır, oksalatın kalsifikasiyasının azaldır, formalaşmış daşların həll olunmasına kömək edir .

Farmakokinetikası
Qəbul edilən kalium – sitratın əksər hissəsi absorbsiya olunur və tam olaraq oksidləşir – karbon qazına və suya. Bu müddətdə əmələ gələn həddindən artıq qələvi kationları böyrəklər tərəfindən 24-48 saat ərzində qanın turşu-qələvi balansını dəyişdirmədən ifraz olunur. Qəbul edilən kalium – sitratın əksər hissəsi absorbsiya olunur və tam olaraq oksidləşir. Bu zaman kalium ionları sərbəstləşir. Hipokaliemiya zamanı kalium ionları sitratın sidik vasitəsilə eksekresiyasını artırır.

İstifadəsinə göstərişlər
İnsan orqanizimində kalium çatışmazlığı zamanı:

  • ağır hipokalemiya (<3,2 mmol / l), əsasən metabolik asidoz ilə bağlı,
  • sinir-əzələ sisteminin pozulmuş fəaliyyəti və ürək ritminin pozulması ilə yaranan hipokalemiya.

Müalicə zamanı tərkibində  üskükotu olan preparatların qəbulu nəticəsində yaranan hipokalemiya.
Ketoasidoz nəticəsində yaranan  hipokalemiyanın profilaktikası  üçün.
Böyrək daşı xəstəliyinin metafilaktikası üçün.

  • Kalsium daşları ( böyrək kanallarında asidoz nəticəsində yaranan kalsium daşları)
  • Müxtəlif mənşəli hipositraturiya (<320 mg / gün)
  • Sidik turşusunun artması nəticəsində yaranan daşlar.

Əks göstərişlər
Hiperkaliemiya
Qlükoza-qalaktoza malabsorbsiyası və çatışmazlığı
Böyrək çatışmazlığı.
Sidik yollarının infeksiyaları
Sidik kanalının keçməzliyi
Adrenokortikal çatışmazlıq
Hiperkaliemiya
Metabolik və ya respirator alkaloz
Peptik xora
Bağırsaq keçməzliyi
Antixolinergik müalicə alan və kaliumun qəbulu ilə ağırlaşa bilən, ürək ağrılarından əziyyət çəkən xəstələr.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Anemiya olan xəstələrdə .
Uşaqlar və yeniyetmələrdə Kalisit  istifadəsi təcrübəsi məhduddur. Buna görə, Kalisit tabletləri uşaqlar və yeniyetmələr tərəfindən istifadə üçün nəzərdə tutulmur.
Yaşlı xəstələr preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ürək qlikozidlərinin təsirini azaldır.
Kalisit , bəzi xolinolitik dərmanlarla,diuretik dərmanlarla və AÇF inhibitorları ilə birlikdə təyin edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı dərmanın mənfi təsiri barədə heç bir məlumat yoxdur.Əgər preparatla müalicə zəruridirsə o zaman müalicə ciddi həkim nəzarəti altında aparılmalıdır.

İstifadə qaydası və dozası
Dozalanması
Kalium əvəz edilməsi üçün
Əvəz edilən doza kalium çatışmazlığı ilə müəyyən edilir; adətən gündə 40-80 mmol kalium qəbul etmək kifayətdir. Gündə 160 mmol-dan doza çox olmamalıdır. İndividual doza 40 mmol-dan çox olmamalıdır – o da 1 Kalisit fışıldayan tabletə ekvivalentdir.

Böyrək daşların metafilaktikası üçün
Həkim tərəfindən doza individual seçilməlidir ki , sitratın ifrazı gündə 320 mq–dan çox olmasın və sidik pH-ı 6,2-6,8 yüksək olmasın.
Bu nəticələr 1-2 fışıldayan tablet qəbul etdikdən sonra əldə edilə bilər.
Kalisitin individual dozası, bir fışıldayan tabletdən çox olmamalıdır, o da 40 mmol kaliuma ekvivalentdir.
Gündəlik doza 4 fışıldayan tabletdən çox olmamalıdır, bu da gündə 160 mmol kaliumla bərabərdir.
Gündəlik doza 2 və ya daha çox fışıldayan tablet olmaqla, gün ərzində bir neçə dəfəyə bölünüb, qəbul olunmalıdır.
Kalium çatışmazlığı hallarında, normal balans əldə etmək üçün bir neçə gün və ya həftə qəbulu kifayətdir.

Uşaqlarda
Kalisit fışıldayan tablet uşaq və yeniyetmələrdə göstəriş olmadığı üçün təyin olunmur.

İstifadə qaydası
Tam həll edildikdən sonra qəbul olunur. 1 fışıldayan Kalisit tablet 1 stəkan suda (200 ml) həll olunur və lazımı qədər şəkər və ya meyvə suyu ilə şirinləşdirilə bilər. 10-15 dəqiqə ərzində kiçik qurtumla qəbul olunur. Yemək zamanı Kalisitin qəbulu, mədə-bağırsaq tərəfindən tolerantlığı artırır.

Əlavə təsirləri
Nadir hallarda – ürəkbulanma və qusma. Göstərilmiş əlavə təsirlər adətən keçicidir və preparatdan istifadənin dayandırılmasını tələb etmir.

Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı intoksikasiya əlamətləri təsvir edilməmişdir.

Buraxılış forması
15 fışıldıyan tablet polietilen örtüklü polipropilen plastik tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºС-dən  yüksək  olmayan temperaturda, işıqdan  qorumaqla, orijinal qutusunda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Hər dəfə tableti istifadə etdikdən sonra rütubətdən qorunması üçün  konteyner kip bağlanılmalı-dır.

Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
Nordmark Arzneimittel GmbH & Co. KG
Pinnauallee 4 25436 Uetersen.

Ünvan
Desma GmbH
Peter-Sander-Str. 41b 55252 Mainz-Kastel.